Səfir: Kolumbiya və Azərbaycanı mədəni irsə dərin hörmət birləşdirir
Kolumbiya və Azərbaycanı mədəni irsə dərin hörmət birləşdirir.
"Far.Az" xəbər verir ki, bu barədə Kolumbiyanın Azərbaycandakı səfiri Nelsi Rakel Munar Xaramiyo "Tamo sənəti: Azərbaycanda Kolumbiya sənətkarlıq ənənəsi" sərgisinin açılışında bildirib.
"İki ölkəni mədəni irsə dərin hörmət, gözəlliyin əl işləri ilə yaradılması üçün nə qədər vaxt və zəhmət tələb olunduğunu anlamaq və sənətin okeanlarla bir-birindən ayrılan insanları yaxınlaşdıra biləcəyinə dair inam birləşdirir", - diplomat deyib.
O, həmçinin XVI əsrdə Kolumbiyanın cənubunda yaranmış incə sədəfdüzmə texnikası olan tamo sənətinin əhəmiyyətindən danışıb.
Xaramiyonun sözlərinə görə, o dövrdə ustalar məhsul yığımından sonra qalan materiallardan - buğda, arpanın saplaq və samanından istifadə etməyə başlayıblar. Sonradan bu sadə təbii materiallardan flora və faunanın zənginliyi, yerli xalqların simvolları və And dağlarının mənzərələrini əks etdirən unikal əl işləri yaradılmağa başlanıb.
"Bu məmulatlar özündə Narinyo regionunun mədəni irsini daşıyır. Onlar kənd və yerli icmaların mətanətinin, nəsildən-nəslə ötürülən müdrikliyin, eləcə də müstəmləkə dövründən bəri qorunub saxlanılan sənətkarlığın simvoludur", - səfir vurğulayıb.
Qeyd edək ki, "Tamo sənəti: Azərbaycanda Kolumbiya sənətkarlıq ənənəsi" sərgisi oktyabrın 4-dək davam edəcək.
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Leyla Əliyeva Budapeştdə "Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb
-
Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür
-
Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək
-
Tomas Müller ABŞ klubu ilə müqaviləsinin müddətini uzadıb
-
Tramp Milli Kəşfiyyat direktorunu süni intellektin inkişafı üzrə məsul şəxs vəzifəsinə təklif edib
-
Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb













