"Sotheby's" şəxsi kolleksiyasını 450 milyon dollara hərraca çıxaracaq
Son yarım əsrdir impressionist və modernist rəssamların şəxsi kolleksiyada olan on iki əl işi, o cümlədən Van Qoq, Qogen və Renuarın ümumi dəyəri 450 milyon dollarlıq əsərləri hərraca çıxarılır.
"Far.Az"un məlumatına görə, bu barədə "The Guardian" qəzeti "Sotheby's"ə istinadən xəbər verib. Şirkət satışları 18 noyabrda Nyu-Yorkda planlaşdırıb.
Nəşr qeyd edir ki, 30 sentyabrda Londonda nümayiş etdirilən rəsmlər argentinalı himayədar və incəsənət kolleksiyaçısı Mariya Elena Arrieta de Blakyeyə məxsus olub. O, "Ledesma" şəkər şirkəti ailəsinin yeganə varisi idi və əri Karlos Pedro Blakier ilə birlikdə ən böyük şəxsi incəsənət kolleksiyalarından birini qurmuşdu.
Onlar rəsmlərin çoxunu 1970-ci illərdə London incəsənət dilerlərindən əldə ediblər və kolleksiyanın özü ictimaiyyət üçün bağlı qalıb.
Blakye 2020-ci ildə, əri isə üç il sonra vəfat edib. "The Times" qəzetinin yazdığına görə, kolleksiya onların beş övladına qalıb və hər biri 20 % pay alıb.
Oxşar xəbərlər
44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol
Vətən müharibəsinin başlamasından 4 il ötür
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Elman Rüstəmov bu səbəbdən şadlıq sarayını SATDI
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Qaraçuxur qəbiristanlığının hasarı uçurulub
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb













