"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirində Azərbaycan növbəti medallarını qazanıb
Far.Az xəbər saytı

"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirində Azərbaycan növbəti medallarını qazanıb


"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirində Azərbaycan növbəti medallarını qazanıb.

"Report"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, 2010-2011 təvəllüdlü idmançıların 200 metr məsafəyə 2 nəfərlik kayak qayığında Nizami Kərimov - Maqsud Mantayev cütlüyü üçüncü olub.

2008-2009 təvəllüdlü idmançıların 200 metr məsafəyə 2 nəfərlik kayak qayığında Qiyas Əhmədov - Tengiz Qaqnidze cütlüyü çempion olub. Sabir Ağayev - Mikayıl Vəliyev dueti isə bürünc medal əldə edib.

Xatırladaq ki, Azərbaycan idmançıları yarışın Füzuli və Mingəçevirdə baş tutan ilk iki günündə ümumilikdə 11 medal qazanmışdılar.

Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparır.

Oxşar xəbərlər

Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində "Neft bumu hamıya gülümsəyir" festivalının açılışı olub
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər