Gürcüstan DTX-nin keçmiş rəis müavini girov müqabilində azadlığa buraxılıb
Far.Az xəbər saytı

Gürcüstan DTX-nin keçmiş rəis müavini girov müqabilində azadlığa buraxılıb


Korrupsiya ittihamı ilə həbs edilən Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçmiş rəis müavini Levan Axobadze 500 min lari girov müqabilində məhkəmə zalından azadlığa buraxılıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, qərarı Tbilisi Şəhər Məhkəməsinin hakimi Nino Taraşvili qəbul edib.

Müdafiə tərəfi L.Axobadzenin girov müqabilində həbs qətimkan tədbirindən azad edilməsi barədə vəsatət qaldırıb. Prokurorluq vəsatəti dəstəkləyib.

Məhkəmənin qərarına əsasən, L.Axobadzenin hökm elan olunana qədər ölkədən çıxışına da qadağa qoyulub. O, məhkəmədən çıxarkən mediaya açıqlama verməyib.

Qeyd edək ki, L.Axobadze Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyi tərəfindən saxlanılıb. O, xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunub.

İstintaqın versiyasına görə, L.Axobadze vasitəçilər vasitəsilə sahibkara pulunun qaytarılmasına kömək edəcəyini vəd edib və bunun müqabilində 500 min lari rüşvət tələb edib. Daha sonra tərəflər 250 min lari məbləğində vəsaitin köçürülməsi barədə razılığa gəliblər.

L.Axobadze Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 3-cü hissəsinin "e" yarımbəndi ilə ittiham olunub. Həmin maddə xüsusilə külli miqdarda rüşvət almaya görə 11 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
"Qarabağ KOB-ları" layihəsi - şəhid ailələrinin, qazilərin məşğulluğuna və biznes təşəbbüslərinə dəstək
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər