Venesuelada ABŞ-nin hərbi bazası yaradıla bilər
Far.Az xəbər saytı

Venesuelada ABŞ-nin hərbi bazası yaradıla bilər


Ağ Ev rəhbəri Donald Tramp Venesuela ərazisində ABŞ-nin hərbi bazasının yaradılması ehtimalını istisna etməyib.

"Far.Az" xəbər verir ki, bu barədə o, Ağ Evin həyətində jurnalistlərə açıqlama verərkən, ABŞ hərbi bazasının Venesuelada və ya Cənubi Amerikanın başqa bir ölkəsində yerləşdirilməsi ehtimalı barədə suala cavab olaraq bildirib.

"Çox şey etmək istəyirik. Biz əla yola gedirik. Venesueladakı vəziyyət çox yaxşıdır, insanlar razıdır", - Tramp deyib.

ABŞ lideri həmçinin iki ölkə arasında neft sahəsində əməkdaşlığın inkişafını qeyd edib.

"Biz böyük həcmdə neft alırıq və münasibətlərimiz əladır. Venesuela çoxlu pul qazanır, biz də. Strateji ehtiyatımızı Venesuela nefti ilə çox aşağı qiymətə doldurmağa başlayacağıq", - o əlavə edib.

Oxşar xəbərlər

Diplomları dünyanın 170-dən çox ölkəsində tanınan azərbaycanlılar - FOTOREPORTAJ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər