Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb
İşğaldan azad edilmiş ərazilərə növbəti köç karvanları yola salınıb. Sentyabrın 30-da doğma yurdlarına göndərilən sakinlər Cəbrayıl rayonunun Şükürbəyli kəndinə, Xocalı və Xocavənd şəhərlərinə çatıb.
Far.Az-in məlumatına görə, bu mərhələdə ümumilikdə 42 ailədən 171 nəfər doğma yurdlarına köçürülüb.
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən 9 ailədən 60 nəfərə yeni mənzillərinin açarları təqdim edilib. Bununla da sakinlərin doğma kənddə məskunlaşması təmin olunub.
Xocalı şəhərinə isə 17 ailədən 78 nəfər köçürülüb. Yeni mənzillərə yerləşən ailələrə evlərinin açarları təqdim edilib.
Xocavənd şəhəri də doğma yurdlarına qayıdan sakinlərini qarşılayıb. Bu mərhələdə şəhərə 16 ailədən 55 nəfər köçürülüb və onlara yeni mənzillərinin açarları verilib.
Köç mərasimlərində müvafiq rayonlarda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Beləliklə, sentyabrın 30-da keçirilən növbəti köç prosesi çərçivəsində Cəbrayıl, Xocalı və Xocavəndə ümumilikdə 42 ailənin 171 üzvü yerləşdirilib.
Qalereya
***11:51
Növbəti köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb.
Far.Az report-a istinadla xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə 9 ailə (60 nəfər) köçürülüb.
*** 07:55
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Far.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə 9 ailə - 60 nəfər, Xocalı şəhərinə 17 ailə - 78 nəfər, Xocavənd şəhərinə 16 ailə - 55 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Oxşar xəbərlər
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Növbəti köç karvanları Zəngilan şəhərinə, Şükürbəyli kəndinə çatıb, açarlar təqdim edilib
Növbəti köç karvanları Ağdam və Xocavənd şəhərlərinə çatıb, açarlar təqdim edilib
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Şükürbəyli kəndində daha 46 ailəyə evlərinin açarları təqdim olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb
-
Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür
-
"Azəralüminium" ixrac gəlirlərini 58 %-ə yaxın artırıb
-
"Azərkosmos" "Platerra" süni intellekt əsaslı platformasını istifadəyə verib
-
Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək
-
Tomas Müller ABŞ klubu ilə müqaviləsinin müddətini uzadıb













