Ağ Ev ABŞ-nin süni intellektin inkişafına yanaşmasını dörd ayda müəyyən edəcək
Far.Az xəbər saytı

Ağ Ev ABŞ-nin süni intellektin inkişafına yanaşmasını dörd ayda müəyyən edəcək


Ağ Evin süni intellekt üzrə yeni işçi qrupu dörd ay ərzində texnologiyanın riskləri və imkanları barədə hesabat hazırlayacaq və federal hökumətin bu sahədəki rolunu müəyyən edəcək.

"Report"un "The Wall Street Journal"a istinadən məlumatına görə, "Super intellekt qüvvələri" adlanan qrupa milli kəşfiyyatın direktoru Cey Kleyton rəhbərlik edir.

Kleyton bildirib ki, "Prezident (Donald Tramp-red) dediyini tam olaraq yerinə yetirəcək bir qrupun yaradılmasına göstəriş verib: super intellektdə lider olaraq qalmağımızı və Amerika vətəndaşlarının maraqlarının hər şeydən üstün olmasını təmin etməyi", - C.Kleyton deyib.

Ağ Evdəki mənbənin məlumatına görə, C.Kleyton ölkədə süni intellektin inkişafına cavabdeh olacaq.

İşçi qrup potensial risklərin idarə olunması üçün əsas məsuliyyəti süni intellekt sənayesinin nümayəndələrinə həvalə etmək niyyətindədir. O, həmçinin mövcud qanunvericiliyi və Konqresin potensial tədbirlərini öyrənəcək.

Qrupun nizamnaməsinə əsasən, o, həmçinin innovasiya və rəqabətə mane ola biləcək həddindən artıq tənzimləmədən qaçmaqla yanaşı, süni intellektin cəmiyyətlə bağlı təhdidlərinə cavab vermək üçün planlar hazırlayacaq.

Oxşar xəbərlər

İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına dair müşavirə keçirilib
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər