Şahin Mustafayev: Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb – YENİLƏNİB
Far.Az xəbər saytı

Şahin Mustafayev: Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb – YENİLƏNİB


Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan ərazisinin İrana qarşı istifadə olunması ilə bağlı fərziyyələri təkzib edib.

"Far.Az" IRIB-yə istinadən xəbər verir ki, Ş. Mustafayev bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşdə bildirib.

"Azərbaycan Prezidenti İlham Əliyevin 40 günlük müharibədə (ABŞ-İran münaqişəsi - red.) döyüşlərin başa çatdırılması və sülhün bərqərar edilməsi ilə bağlı mövqelərini iki ölkə arasındakı isti münasibətlərin göstəricisi hesab edirik", - Ş. Mustafayev bildirib.

Qeyd olunub ki, İran Azərbaycan üçün dost ölkədir.

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşüb.

"Far.Az" "Tasnim"ə istinadən xəbər verir ki, Azərbaycan tərəfi görüşdə ABŞ və İsrailin İrana hücumunun bütün beynəlxalq qanunlara zidd olduğu və İslam respublikasının özünü müdafiə etdiyi barədə məlumatlandırılıb.

"Tramp nə danışıqlar apara, nə də döyüşə bilir", - Rezai deyib və əlavə edib ki, İranın şərtləri Amerika tərəfinə verilib.

Görüşün təfərrüatları hələ açıqlanmayıb.

Xatırladaq ki, Azərbaycan Baş nazirinin müavini İran Prezidenti Məsud Pezeşkianla da görüşüb. Dünən isə Ş. Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri çərçivəsində iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü keçirilib.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər