TBNM üzrə yük axını 2040-cı ilə qədər 32 milyon tona qədər arta bilər
Far.Az xəbər saytı

TBNM üzrə yük axını 2040-cı ilə qədər 32 milyon tona qədər arta bilər


Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) üzrə yük daşımalarının ümumi həcmi 2023-cü ildə qeydə alınmış 8,8 milyon tonla müqayisədə 2040-cı ilə qədər 32,1 milyon ton həddinə çata bilər ki, bu da 3,65 dəfə artım deməkdir.

Bu barədə "Report" Dünya Bankının "İnteqrasiya: Transxəzər nəqliyyat marşrutu boyu yüksək səviyyəli ticarət logistikası" adlı hesabatına istinadən xəbər verir.

Bildirilib ki, qeyri-neft yüklərinin artım templəri daha da nəzərəçarpan olacaq - onların Xəzər dənizi vasitəsilə daşınma həcmi 4,45 dəfə artaraq 3,5 milyon tondan 15,6 milyon tona çatacaq.

"Dəhlizin Şərq girişi (Mərkəzi və Şərqi Asiyanın kəsişməsində) vasitəsilə ümumi yük axını 2040-cı ilə qədər 28,5 milyon tondan 105,7 milyon tona, Qərb girişi (Cənubi Qafqaz və Türkiyə) vasitəsilə isə 12,1 milyon tondan 35 milyon tona qədər artacaq", - hesabatda qeyd olunub.

Hesabatı hazırlayan ekspertlərin qiymətləndirmələrinə görə, dəhlizin intensiv inkişaf ssenarisi həyata keçirilərsə, Çin-Avropa istiqamətində (Çuntsin-Budapeşt hissəsində) konteynerlərin çatdırılma müddəti hazırkı 47-50 gündən 2040-cı ilə qədər 18-19 günə qədər azaldılacaq.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər