"Cənnətin iqamətgahı" sənədli-musiqili-etnoqrafik filmi təqdim olunub
Far.Az xəbər saytı

"Cənnətin iqamətgahı" sənədli-musiqili-etnoqrafik filmi təqdim olunub


Ordubad şəhərinin qədim tarixi, zəngin mədəni irsi və özünəməxsus etnoqrafik xüsusiyyətlərini əks etdirən "Cənnətin iqamətgahı" sənədli-musiqili-etnoqrafik filminin təqdimat mərasimi keçirilib.

"Far.Az" xəbər verir ki, Azərbaycanın Mədəniyyət Nazirliyinin və İCESCO-nun Bakı Regional Ofisinin dəstəyi, "Real" Təhlil İnformasiya Mərkəzinin informasiya tərəfdaşlığı ilə Nizami Kino Mərkəzində baş tutan mərasimdə mədəniyyət rəsmiləri, ictimaiyyət və media nümayəndələri, yaradıcı heyət iştirak ediblər.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, film Prezident İlham Əliyevin Sərəncamına əsasən, "Azərbaycan Mədəniyyəti - 2040" Konsepsiyası çərçivəsində hazırlanıb.

Onun sözlərinə görə, ekran əsəri Azərbaycanın bölgələrindəki təbii, tarixi və etnik-mədəni irsin audiovizual formada tanıdılmasına, milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir.

Əməkdar jurnalist, "Real" Təhlil İnformasiya Mərkəzinin direktoru və filmin media məsləhətçisi Mir Şahin Ağayev qeyd edib ki, bu cür layihələr milli-mədəni dəyərlərin qorunması baxımından əhəmiyyətlidir.

Filmin ssenari müəllifi, quruluşçu rejissoru və prodüseri Kamran Qasımov bildirib ki, ekran əsəri əsasən Ordubadın etnoqrafiyasına həsr olunub.

Onun sözlərinə görə, ekran işi sənədli-musiqili-etnoqrafik janrında hazırlanan ilk flmdir: "Filmdə Ordubadın keçmişi, bu günü və gələcəyi ilə bağlı mesajlar yer alıb".

Çıxışlardan sonra filmin yaradıcı heyəti təqdim olunub və ekran əsərinin tam versiyası tamaşaçılara nümayiş etdirilib.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər