UEFA Mbappeni 3 oyunluq diskvalifikasiya edib
UEFA Fransanın "Lill" klubunun yarımmüdafiəçisi Etan Mbappeni 3 oyunluq diskvalifikasiya edib.
"Far.Az" xarici mediaya istinadən xəbər verir ki, 19 yaşlı futbolçu Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda İspaniyanın "Betis" klubuna qarşı keçirilən matçda birbaşa qırmızı vərəqə alıb.
Mbappe rəqib komandanın müdafiəçisi Natana əl ilə zərbə endirib. Baş hakim Georgi Kabakov epizodu VAR vasitəsilə izlədikdən sonra fransalı futbolçunu meydandan kənarlaşdırıb.
Diskvalifikasiya səbəbindən Mbappe "Arsenal" (İngiltərə), "Qalatasaray" (Türkiyə) və "Budyo-Qlimt" (Norveç) klublarına qarşı keçiriləcək Çempionlar Liqası matçlarında iştirak etməyəcək.
Qeyd edək ki, "Lill" - "Betis" matçı La Liqa kollektivinin 3:2 hesablı qələbəsi ilə bitib.
Oxşar xəbərlər
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
Konfrans Liqası: "Neftçi" öndə olduğu matçda "Dinamo"ya uduzub - YENİLƏNİB-9
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
-
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB
-
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
-
Fransada barda atışma zamanı üç nəfər yaralanıb
-
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
-
Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub













