Türkiyədə yol qəzasında 23 nəfər yaralanıb
Far.Az xəbər saytı

Türkiyədə yol qəzasında 23 nəfər yaralanıb


Türkiyənin Balıkəsir vilayətində traktorun qoşqusu aşıb, 23 nəfər xəsarət alıb.

"Far.Az" "TRT Haber"ə istinadən xəbər verir ki, hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub.

Əraziyə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

"Torqovı"da GÜCLÜ YANĞIN nəzarət altına alınıb, xəsarət alan var
Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb
Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub
"Torqovı"dakı yanğından son GÖRÜNTÜLƏR - Xəsarət alan var
Goranboyda yol qəzasında iki nəfər ölüb, 5 nəfər xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər