Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb
Far.Az xəbər saytı

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb


Almaniyanın Baden-Vürtemberq federal torpağının Heylbronn dairəsində yerləşən Gündelşaym şəhəri yaxınlığında yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

"Far.Az" xəbər verir ki, bu barədə SWR tele-radio şirkəti polisə istinadən məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində təyyarənin göyərtəsində olan 2 nəfər həlak olub.

Bildirilib ki, təyyarə eniş zamanı hasara ilişib və ağaca toxunub. Bundan sonra yerə düşərək qəzaya uğrayıb.

Hadisə yerinə polis, həmçinin yanğınsöndürmə və xilasetmə xidmətlərinin əməkdaşları cəlb olunub. Qəza yerində başlayan yanğın artıq söndürülüb.

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
Binəqədidə güclü yanğın tam söndürülüb - YENİLƏNİB-4
Lökbatanda anbarda GÜCLÜ YANĞIN - Kəmaləddin Heydərov hadisə yerinə gəldi
"Yaprak dökümü"nün aktrisası: "Bu ağaca görə iki saat yarım yol getdik"
Bakının mərkəzində sükanı bloklanan maşın ağaca çırpıldı - GÖRÜNTÜLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər