Qubada avtomobilin vurduğu məktəbli xəstəxanada öldü
Far.Az xəbər saytı

Qubada avtomobilin vurduğu məktəbli xəstəxanada öldü


Quba rayonunda avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada həyatını itirib.

Far.Az APA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Bəhrəli kəndi ərazisində baş verib. Belə ki, yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Gülay Pirmuradovanı avtomobil vurub.

Ağır xəsarətlər alan qız Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, döş qəfəsinin kontuziyası və qarın boşluğunun küt travması diaqnozları qoyulub.

Vəziyyəti ağır qiymətləndirilən Gülayın müalicəsi reanimasiya şöbəsində davam etdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Gülay Pirmuradova Rəhman Məmmədov adına Çinarlı kənd tam orta məktəbinin VIII sinif şagirdi olub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər