Almaniya Ukraynaya 1,3 milyard avrodan çox dəyərində yeni yardım paketi ayırıb
Almaniya Ukraynaya ümumi dəyəri 1,3 milyard avrodan çox olan yeni hərtərəfli yardım paketi ayırıb.
"Far.Az"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya kansleri Fridrix Mertslə Kiyevdə keçirilən birgə mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, yardım paketinə silahlar, Ukraynanın enerji sektoruna dəstək, həmçinin "Shahed" PUA-larına qarşı mübarizə aparmaq üçün yeni ələkeçirici dronların istehsalına maliyyə vəsaitinin ayrılması daxildir.
"Ukrayna üçün dəyəri 1,3 milyard avrodan çox olan yeni hərtərəfli dəstək paketi var. Buraya hazırda bizə kömək edəcək silahlar, enerji sektorumuza dəstək, həmçinin qarşıdan gələn qış üçün çox mühüm enerji paketi daxildir", – deyə Zelenski bildirib.
Zelenskinin sözlərinə görə, hazırkı razılaşmalar çərçivəsində Ukrayna və Almaniya təhlükəsizlik sahəsində əməkdaşlığa dair 15 saziş və sənəd də imzalayıb. Bu sənədlər silah istehsalı, müvafiq satınalmalar, Ukraynanın Almaniya sənayesi üçün sifarişləri, həmçinin birbaşa Ukraynada həyata keçiriləcək birgə layihələri əhatə edir. Prezident bu razılaşmaların ümumi dəyərini 8,5 milyard avrodan çox qiymətləndirib.
F. Merts isə bildirib ki, Ukrayna ilə əlavə hərbi əməkdaşlıq da razılaşdırılıb. Kansler detalları jurnalistlərə açıqlamaqdan imtina edib. Almaniya Kansleri Rusiyanın hərbi təhdidləri fonunda Kiyev səfərini qabardıb. "Almaniya limitsiz olaraq Ukraynanın yanındadır", - Merts bildirib.
Almaniya Kansleri əlavə edib ki, Rusiya iqtisadiyyatı müharibəni uzun müddət davam etdirməyə qadir deyil: "Rusiya iqtisadiyyatı müharibə səbəbindən tənəzzülün pik həddini yaşayır "- Almaniya Kansleri vurğulayıb.
Kansler bildirib ki, iki ölkə arasında əməkdaşlıq birgə layihələri və biznes fəaliyyətini də əhatə etməlidir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ukrayna və Azərbaycan səhiyyə nazirləri saziş imzalayıb, əməkdaşlıq genişləndirilir
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb
-
Robert Fitso Serbiyada parlament seçkiləri öncəsi Vuçiçə dəstək verib
-
Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb
-
Tramp: İran nüvə silahını yaratmaq planlarından imtina edib
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb













