Zidan: Ronaldu möhtəşəm karyera qurub
Beşqat "Qızıl top" sahibi, portuqaliyalı futbolçu Kriştiano Ronaldu möhtəşəm karyera qurub.
"Far.Az" xəbər verir ki, bu fikirləri dünya və Avropa çempionu, Fransa millisinin baş məşqçisi Zinəddin Zidan səsləndirib.
"O, möhtəşəm karyerasına görə təqdir olunmağa layiqdir. Onunla işləmək mənə nəsib olub və o, çoxlu kuboklar qazanmağımda mənə kömək edib. Kriştianonun qarşısında papağımı çıxarıram", – deyə Zidan bildirib.
41 yaşlı Ronaldu UEFA Çempionlar Liqasının beşqat qalibi, Avropa çempionu və UEFA Millətlər Liqasının ikiqat qalibidir. O, milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və klublararası dünya çempionatları tarixində ən çox qol vuran futbolçu rekordlarına sahibdir.
Futbolçu 2022-ci ilin dekabrından Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edir. Ronaldo karyerası ərzində Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İspaniyanın "Real Madrid" və İtaliyanın "Yuventus" komandalarının da formasını geyinib.
Ronaldonun karyerasında ümumilikdə 979 qol var. Onlardan 146-sını Portuqaliya millisində, 833-nü isə klub səviyyəsində vurub.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycanın minifutbol yığması "Millətlər Liqası"nın qalibi olub
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
DÇ-2026-nın ən böyük ulduzları: Ronaldo, Messi, Mbappe və digərləri
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda dördüncü qol vurulub - YENİLƏNİB-6
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb
-
Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb
-
Robert Fitso Serbiyada parlament seçkiləri öncəsi Vuçiçə dəstək verib
-
Tramp: İran nüvə silahını yaratmaq planlarından imtina edib
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb













