Sudanda BMT-nin humanitar yardım maşınına aviazərbə endirilib, bir nəfər həlak olub
Far.Az xəbər saytı

Sudanda BMT-nin humanitar yardım maşınına aviazərbə endirilib, bir nəfər həlak olub


Sudanın Cənubi Kordofan ştatında BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) humanitar yardımını daşıyan iki yük maşınına endirilən aviazərbə nəticəsində nəqliyyat vasitələrindən birinin sürücüsü həlak olub.

"Far.Az" xəbər verir ki, bu barədə "Sudan Tribune" portalı məlumat yayıb.

ÜƏP hücumu qınayaraq bildirib ki, bu nəqliyyat vasitələri aydın şəkildə humanitar nəqliyyat kimi işarələnmişdi və Dillinq ilə ştatın paytaxtı Kaduqli arasındakı əsas təchizat marşrutu üzrə hərəkət edirdi. Qeyd olunub ki, təşkilat regiondakı humanitar missiyalara dəymiş zərərin qiymətləndirilməsini davam etdirir.

Təşkilat beynəlxalq hüquq normalarını pozan günahkarların məsuliyyətə cəlb olunmasını tələb edərək hücumun operativ və qərəzsiz araşdırılmasına çağırıb.

Qeyd edək ki, bu zərbə ilin əvvəlindən bəri Sudanda ÜƏP əməkdaşlarına qarşı hakimiyyət orqanları tərəfindən qeydə alınan doqquzuncu hücum olub. Əvvəlki insident avqustun 30-da Dillinq yaxınlığında baş verib və orada 50 ton təcili ərzaq yardımı məhv edilib.

ÜƏP quru döyüşləri və hava bombardmanları nəticəsində ərzağa çıxışdan məhrum olmuş təxminən 58 min yerli sakinə və məcburi köçkünə yardım göstərir.

Bu gün Sudanda 17,3 milyon uşaq da daxil olmaqla, 33,7 milyon insanın təcili humanitar yardıma ehtiyacı var. Humanitar təşkilatların məlumatına görə, təxminən 825 min uşaqda kəskin qida çatışmazlığı qeydə alınıb.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər