ASK "Bir Kəmər, Bir Yol" Qlobal Forumuna üzv qəbul edilib
Far.Az xəbər saytı

ASK "Bir Kəmər, Bir Yol" Qlobal Forumuna üzv qəbul edilib


Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) dünya miqyasında mühüm biznes platformalarından biri olan "Bir Kəmər, Bir Yol" Qlobal Forumuna (Belt and Road Global Forum) rəsmən üzv olub.

"Far.Az" Konfederasiyaya istinadən xəbər verir ki, bununla bağlı məlumat Forumun rəsmi internet səhifəsində dərc edilib.

Bu mötəbər beynəlxalq şəbəkəyə qoşulmaqla bağlı dəvət məktubunu Forumun katibliyini həyata keçirən Honkonq Ticarətin İnkişafı Şurası (HKTDC) ASK-ya ünvanlamışdı.

ASK-nın bu qlobal şəbəkəyə üzvlüyü Azərbaycan sahibkarlarına dünyanın aparıcı biznes təşkilatları ilə birbaşa dialoq və tərəfdaşlıq imkanı yaradılır. Həmçinin Azərbaycan şirkətlərinin xarici bazarlara çıxışı üçün ikitərəfli görüşlər və ticarət missiyaları təşkil olunacaq. Strateji cəhətdən Azərbaycanın Şərq-Qərb ticarət marşrutunda yerləşməsi Asiya, Çin və Mərkəzi Asiya bazarları ilə əlaqələrin inkişafına əlavə təkan verəcək.

Bu vacib addım Azərbaycan biznesinin maraqlarını beynəlxalq platformalarda uğurla təmsil etməyə, yerli sahibkarlar üçün yeni ticarət və investisiya üfüqləri açmağa xidmət edir.

1966-cı ildə yaradılmış HKTDC beynəlxalq ticarət və investisiya əlaqələrinin inkişafını dəstəkləyən, sərgilər, forumlar və B2B görüşləri təşkil edən aparıcı biznes təşviqi qurumlarından biridir. 2018-ci ildən fəaliyyət göstərən "Bir Kəmər, Bir Yol" Qlobal Forumu hazırda 47 ölkə və regiondan 186 ticarət palatası, biznes assosiasiyası və əlaqəli qurumu bir araya gətirən böyük beynəlxalq biznes şəbəkəsidir.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər