UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - YENİLƏNİB-5
Far.Az xəbər saytı

UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - YENİLƏNİB-5


Azərbaycan millisi UEFA Millətlər Liqasında cari mövsüm ilk qələbəsini qazanıb.

"Far.Az"un məlumatına görə Ayxan Abbasovun baş məşqçi olduğu komanda Bakıda Litvanı qəbul edib.

8-ci km stadionunda baş tutan görüş millinin qələbəsi ilə başa çatıb - 1:0.

Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybulayev rəqib qapısından keçirib.

Xatırladaq ki, Azərbaycan millisi qrupdakı son matçını noyabrın 13-də səfərdə Lixtenşteynə qarşı keçirəcək.

UEFA Millətlər Liqasının Azərbaycan - Litva matçında ikinci hissə başlayıb.

"Far.Az"un məlumatına görə, fasilədən sonra Azərbaycan millisi hesabda öndədir - 1:0.

Görüşün baş hakimi portuqaliyalı FIFA referisi Qustavo Korreyadır.

UEFA Millətlər Liqasının Azərbaycan - Litva matçında ilk hissə başa çatıb.

"Far.Az"un məlumatına görə, Azərbaycan millisi fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.

Görüşün baş hakimi portuqaliyalı FIFA referisi Qustavo Korreyadır.

UEFA Millətlər Liqasının Azərbaycan - Litva matçında hesab açılıb.

"Far.Az"un məlumatına görə, Azərbaycan millisinin heyətində Abdulla Xaybulayev fərqlənib - 1:0.

Görüşün baş hakimi portuqaliyalı FIFA referisi Qustavo Korreyadır.

UEFA Millətlər Liqasının Azərbaycan - Litva matçına start verilib.

"Far.Az"un məlumatına görə, D liqasının 2-ci qrupunun oyunu 8-ci km stadionunda keçirilir.

Görüşün baş hakimi portuqaliyalı FIFA referisi Qustavo Korreyadır.

Xatırladaq ki, milli komanda hazırda qrupda 2 xalla 2-ci pillədə qərarlaşıb. Litva 4 xalla birinci, Lixtenşteyn isə 1 xalla sonuncudur.

Oxşar xəbərlər

"FIFA Series – 2026": Azərbaycan - Syerra Leone oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3
UEFA Avropa Liqası: "Qarabağ" - "Vestri" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3
UEFA Konfrans Liqası: "Tvente" "Qarabağ"la oyunda üçüncü qolu vurub - YENİLƏNİB-6
UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçında ikinci hissə başlayıb - YENİLƏNİR
UEFA Konfrans Liqası: "Zirə" "Torpedo"nun qapısından üçüncü topu keçirib - YENİLƏNİB-6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər