Girnə sahillərində batan gəmidə daha bir şəxsin meyiti tapılıb
Far.Az xəbər saytı

Girnə sahillərində batan gəmidə daha bir şəxsin meyiti tapılıb


Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Girnə sahillərində batan sərnişin gəmisində itkin düşənlərin axtarışı zamanı daha bir şəxsin meyiti aşkarlanıb.

Far.Az xəbər verir ki, bu barədə ŞKTC Baş Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Məlumata görə, meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün DNT analizi başladılıb. Dövlətin bütün imkanlarının qəzanın ilk anından etibarən itkinlərin tapılması üçün səfərbər edildiyi və axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyi qeyd olunub.

Son tapıntı ilə qəza nəticəsində ölənlərin sayı 20-yə çatıb. Hazırda itkin düşən 8 nəfərin axtarışı davam etdirilir.

Qeyd edək ki, Girnə Limanı ilə Mersindəki Taşucu Limanı arasında hərəkət edən "Filo Jet" yüksək sürətli sərnişin gəmisi avqustun 30-da Girnədən yola düşdükdən qısa müddət sonra ön hissəsindən su almağa başlayıb. Gəmi limana geri qayıtmağa çalışarkən batıb.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Şimali Kiprdə batan gəminin 19 sərnişinin axtarışları davam edir - YENİLƏNİB-5
Şimali Kiprdə gəminin batması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB-4
Mingəçevirdə qəza zamanı xilasetmə əməliyyatlarına dair təlim keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər