Vuçiç Serbiyanın siyasi kursunun dəyişdirilməsi üçün kənardan müdaxilə edildiyini bildirib
Serbiyanın keçmiş prezidenti Aleksandar Vuçiç ölkənin mövcud siyasi kursunun dəyişdirilməsi üçün kənardan müdaxilə edildiyini açıqlayıb.
"Far.Az"un Balkan bürosu xəbər verir ki, A. Vuçiç bu barədə Baçka-Palankada keçirilən seçki mitinqində çıxışı zamanı deyib danışıb.
O qeyd edib ki, Zaqreb, Podqoritsa, Sarayevo və Priştinada Serbiyanın hazırkı hakimiyyətinin devrilməsi və dəyişdirilməsi böyük istəklə arzulanan məsələlərdəndir.
Aleksandar Vuçiç deyib ki, kənardan kimsə Serbiyada atmosferi zəhərləyərək ölkənin, ilk növbədə, beynəlxalq siyasətinin dəyişdirilməsinə nail olmaq istəyib.
"Gördüyünüz kimi, Albin Kurtidən Milo Cukanoviçə, Andrey Plenkoviçə qədər hamı Serbiyada hakimiyyətin devrilməsini istəyir. Bəs onlar Serbiyaya yaxşılıq istəyirlərmi?" – deyə Vuçiç sual edib.
Oxşar xəbərlər
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













