Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb
Bosniya və Herseqovinada keçirilən ümumi seçkilərdə Mərkəzi Seçki Komissiyasının səslərin 80 %-nin hesablanmasından sonra açıqladığı ilkin nəticələrə əsasən, Rəyasət Heyəti üzvü uğrunda bosniyalı namizədlər arasında Denis Beçiroviç, xorvat namizədlər arasında Dariyana Filipoviç, serb namizədlər arasında isə Jeljka Tsviyanoviç liderdir.
"Report"un Balkan bürosu xəbər verir ki, bosniyalı nümayəndə üzrə mübarizədə Denis Beçiroviç 164 369 səslə birinci yerdədir.
Bakir İzetbeqoviç 148 036, Semir Efendiç 110 530, Fahrudin Radonçiç isə 9 320 səs toplayıb.
Xorvat nümayəndə uğrunda yarışda Dariyana Filipoviç 92 854 səslə liderdir. Slaven Kovaçeviç 55 475, Zdenko Luçiç isə 44 345 səs əldə edib.
Serb nümayəndə üzrə seçkilərdə isə hazırda Rəyasət Heyətinin üzvü olan Jelyka Tsviyanoviç 213 812 səslə öndədir. Marinko Bojoviç 102 877, Neboyşa Vukanoviç isə 67 707 səs toplayıb. Nəticələrin hələ ilkin olduğu və qalan seçki məntəqələrinin hesablanmasından sonra dəyişə biləcəyi bildirilir.
Onu da bildirək ki, Milorad Dodik rəhbərlik etdiyi Müstəqil Sosial-Demokratlar Alyansının seçkilərdə qələbə qazandığını elan edib. O, partiyasının həm Bosniya və Herseqovina Rəyasət Heyətində serb nümayəndə postu uğrunda, həm də Serb Respublikası prezidentliyi uğrunda seçkilərdə qalib gəldiyini deyib.
Qeyd edək ki, seçkilərdə 3,4 milyondan çox seçici səsvermə hüququna malik olub. Vətəndaşlar Bosniya və Herseqovina Rəyasət Heyətinin üç üzvünü, parlamentin müxtəlif səviyyələrinə deputatları, həmçinin Serb Respublikası Prezidentini və digər yerli nümayəndələri seçirlər. Ölkədə ümumilikdə 518 mandat uğrunda mübarizə aparılıb.
Oxşar xəbərlər
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
"Sədərək" ticarət mərkəzindəki yanğın tam söndürülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Robert Fitso Serbiyada parlament seçkiləri öncəsi Vuçiçə dəstək verib
-
Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb
-
Tramp: İran nüvə silahını yaratmaq planlarından imtina edib
-
Qubada yol tamamilə çökdü
-
Ciqan valideynlikdən məhrum oluna bilər
-
İranın vitse-spikeri: ABŞ ilə heç vaxt qarşılıqlı anlaşma əldə etməyəcəyik













