Ağstafada məktəbdə müəllim iş yoldaşını dərs bölgüsü üstündə döyüb
Far.Az xəbər saytı

Ağstafada məktəbdə müəllim iş yoldaşını dərs bölgüsü üstündə döyüb


Dünən saat 13:10 radələrində 1981-ci il təvəllüdlü şəxs (qadın) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə daxil olub.

Far.Az xəbər verir ki, bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, pasiyentə sağ əlin əziyi və sıyrılmış yarası diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.

***10:10

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb.

Far.Az apa-ya istinadən xəbər verir ki, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, P.Məmmədova müəllim yoldaşı S.Əhmədova ilə məktəbdə dərs bölgüsü üstündə mübahisə ediblər. Zərərçəkən P.Məmmədovanın sözlərinə görə, onu məktəbdə müəllim yoldaşı olan S.Əhmədova döyərək xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bilidirilib ki, müraciətlərlə bağlı Ağstafa Rayon Polis Şöbəsində müvafiq ekspertiza təyin edilməklə araşdırma aparılır.

Oxşar xəbərlər

Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub
Məktəbin ilk günündən FOTOLAR
Məktəblərdə ilk dərs günü həyəcanı - FOTOREPORTAJ
Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanılıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər