Nərgiz Qurbanova: Azərbaycan-Almaniya İşgüzar Şurası yeni investisiya imkanları açacaq
Azərbaycan-Almaniya İşgüzar Şurası yeni investisiya imkanlarının müəyyənləşdirilməsi və birgə layihələrin təşviqi üçün mühüm platforma ola bilər.
"Far.Az" xəbər verir ki, bu barədə azərbaycanlı diplomat Nərgiz Qurbanova Almaniya Birlik Günü münasibətilə keçirilən tədbirdə bildirib.
"İqtisadi əməkdaşlığımızın böyük perspektivləri var. Bu yaxınlarda yaradılmış Azərbaycan-Almaniya İşgüzar Şurası yeni investisiya və işgüzar imkanların müəyyən edilməsi, həmçinin birgə layihələrin təşviqi üçün mühüm platformaya çevrilə bilər", - N. Qurbanova deyib.
O qeyd edib ki, son illərdə Azərbaycan-Almaniya münasibətləri fəal siyasi dialoq və qarşılıqlı etimada əsaslanan dinamik inkişaf mərhələsinə qədəm qoyub.
"Almaniyanı əsas və etibarlı tərəfdaş kimi nəzərdən keçirən Azərbaycan ikitərəfli dövlətlərarası münasibətlərin, əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir", - diplomat əlavə edib.
O vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin iyul ayında Almaniyaya rəsmi səfəri zamanı ikitərəfli tərəfdaşlığın strateji gündəliyi haqqında Birgə Bəyannamənin imzalanması dövlətlərarası münasibətlərdə keyfiyyətcə yeni mərhələnin - strateji tərəfdaşlığın əsasını qoyub.
Sentyabrda Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış ikitərəfli sənədlərin iqtisadi əməkdaşlığın gələcək inkişafı baxımından vacibliyi qabardılıb.
"Energetika sahəsində əməkdaşlığımız genişlənir. Bu il Azərbaycan Almaniyaya təbii qaz ixracına başlayıb. Beləliklə, Azərbaycan qazı hazırda Avropa İttifaqının (Aİ) 10 ölkəsinə tədarük edilir. Bununla da biz Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə veririk", - N. Qurbanova bildirib.
Onun sözlərinə görə, iki ölkə xalqları arasında əlaqələrin möhkəmlənməsində humanitar sahədə əməkdaşlıq mühüm rol oynayır.
O qeyd edib ki, alman dili Azərbaycanda ən çox öyrənilən xarici dillər sırasındadır və minlərlə azərbaycanlı Almaniyada təhsil alıb. Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzi də iki ölkənin mədəniyyətlərinin qarşılıqlı təşviqində mühüm rol oynayır:
"Biz əminik ki, Azərbaycan ilə Almaniya arasında formalaşmış qarşılıqlı etimad və strateji gündəlik əməkdaşlığın yeni istiqamətlərini açacaq və həm ikitərəfli münasibətlərimizin gələcək inkişafına, həm də Azərbaycanla Aİ arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcək".
Oxşar xəbərlər
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
"Nərgiz" Ticarət Mərkəzində təlim keçirilib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Jezuş Ronaldonu Portuqaliya millisinə qaytarmağa hazır olduğunu bildirib
-
Merve Özbey səhnədən yıxıldı - Qolu sındı
-
Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliya, Fransa isə Belçika ilə üz-üzə gələcək
-
WSJ: ABŞ bütün bombardmançı təyyarələrini "Ferford" bazasından çıxarıb
-
Mahir Məmmədov FIDE prezidenti Timur Turlovla əməkdaşlığı müzakirə edib













