Azərbaycan və Rusiya rəsmiləri Şimal-Cənub Dəhlizinin inkişafını müzakirə ediblər
Far.Az xəbər saytı

Azərbaycan və Rusiya rəsmiləri Şimal-Cənub Dəhlizinin inkişafını müzakirə ediblər


Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və iki ölkə arasında yük daşımalarının genişləndirilməsi məsələlərini müzakirə ediblər.

"Far.Az"un Rusiya hökumətinə istinadən məlumatına görə, məsələlər Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrlərinin iclasında müzakirə olunub.

Tərəflər həmçinin ticarət, iqtisadiyyat və investisiya, sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

Qarşılıqlı ticarət dövriyyəsinin artırılması, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi və sərhəd-keçid məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirlərinə xüsusi diqqət yetirilib.

Ş.Mustafayev və A.Overçuk həmçinin ən yüksək səviyyədə əldə edilən razılaşmaların və hökumətlərarası komissiyanın 24-cü iclasının qərarlarının icrasını nəzərdən keçiriblər.

Bundan əlavə, tərəflər Azərbaycan və Rusiya üçün praktik maraq doğuran qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi perspektivləri barədə də fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Tacikistan səfiri: Düşənbə və Bakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib - MÜSAHİBƏ
Tacikistan səfiri: Düşənbə və Bakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər