Karapetyanın silahdaşı Aleksanyan ev dustaqlığına buraxılıb
Ermənistan məhkəməsi "Güclü Ermənistan" partiyasının nümayəndəsi Aleksan Aleksanyan barəsində seçilmiş ilkin həbs qətimkan tədbirini üç ay müddətinə ev dustaqlığı ilə əvəz edib.
"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Qeyd edək ki, A. Aleksanyan 2026-cı il iyunun 7-də keçirilmiş parlament seçkilərinin gedişatına və nəticələrinə qanunsuz təsir göstərmək məqsədilə "Taşir Kapital" QSC-nin baş direktoru Narek Karapetyan və digər şəxslərlə birlikdə cinayətkar təşkilat yaratmaq, ona rəhbərlik etmək ittihamı ilə 2026-cı il iyunun 3-dən həbsdədir.
İttihama görə, bu məqsədlə 2025-ci il sentyabrın 9-da "Bizim yol" ictimai təşkilatı yaradılıb və onun vasitəsilə vətəndaşların mitinqlərdə iştirak etməyə maddi cəhətdən stimullaşdırıldığı güman edilir.
Bundan başqa, Aleksanyan, Karapetyan və digər şəxslər dövlətə xüsusilə külli miqdarda maddi ziyan vurmaqda, xidməti səlahiyyətlərindən və nüfuzlarından istifadə edərək külli miqdarda çirkli pulların yuyulmasında ittiham olunurlar.
Oxşar xəbərlər
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb
-
Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür
-
Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək
-
Tomas Müller ABŞ klubu ilə müqaviləsinin müddətini uzadıb
-
Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb
-
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub













