AMADA "Zirə"nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib
Far.Az xəbər saytı

AMADA "Zirə"nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib


Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən "Zirə" futbol klubunun U-15, U-16, U-17 və U-19 komandaları üçün maarifləndirici seminar təşkil edilib.

Bu barədə "Report" AMADA-dan məlumat verilib.

Seminar zamanı iştirakçılara dopinq nəzarəti prosesi, idmançıların hüquq və vəzifələri, antidopinq qayda pozuntuları, eləcə də 2027-ci ildən qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartlardakı əsas yeniliklər barədə ətraflı məlumat verilib.

Eyni zamanda dopinq istifadəsinin insan sağlamlığı üçün yaratdığı ciddi risklər, idmançı karyerasına vurduğu zərərlər, antidopinq qayda pozuntularının mümkün nəticələri və təmiz idmanın vacibliyi xüsusi diqqətə çatdırılıb.

Seminar interaktiv formatda keçirilib, gənc futbolçuların sualları cavablandırılıb və onların antidopinq sahəsində biliklərinin artırılmasına dəstək göstərilib.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
AMADA 2027-ci ildən qüvvəyə minəcək antidopinq yeniliklərini federasiyalara açıqlayıb
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər