Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq
Far.Az xəbər saytı

Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq


Bu ildən Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarlar üçün sağlamlıqla bağlı əlavə tələblər tətbiq olunacaq.

BAKU.WS "Xəzər" TV-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bu tələbləri ötən ildən tətbiq edir və tələblərə əməl etməyən bəzi Həcc missiyaları cərimələnib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc elektron şöbəsinin rəhbəri Vüsal Cahangirinin bildirdiyinə görə, Azərbaycan zəvvarlarının böyük hissəsini gənclər və orta yaşlı şəxslər təşkil edir. Bu xəstəliklər əsasən yaşlı şəxslərdə müşahidə olunduğundan, yeni tələbin zəvvarların sayına təsir edəcəyi gözlənilmir.

Tələblər orqan çatışmazlığı, ürək və qaraciyər çatışmazlığı, ağciyər xəstəlikləri, ağır nevroloji, psixi və xroniki xəstəlikləri olan şəxslərə aiddir.

Onun sözlərinə görə, belə xəstəlikləri olan şəxslər əvvəlki illərdə də Həcc ziyarəti üçün müraciət etmirdilər.

Qeyd edək ki, artıq 80-dən çox şəxsin Həcc ziyarəti üçün müraciəti qeydə alınıb. Onların arasında hər hansı tibbi problemi olan şəxs olmayıb.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycanlı zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşüb
İllər əvvəl filmlərə çəkilən AZƏRBAYCANLI MÜĞƏNNİLƏR
Azərbaycanlı zəvvarlar Məkkəyə çatdılar
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 1250 AZN-dək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər