Dünya çempionatı: Hidayət Heydərov və daha iki Azərbaycan cüdoçusu mübarizəyə başlayır
Far.Az xəbər saytı

Dünya çempionatı: Hidayət Heydərov və daha iki Azərbaycan cüdoçusu mübarizəyə başlayır


Azərbaycanın daha üç cüdoçusu Bakıda keçirilən dünya çempionatında bu gün mübarizəyə başlayacaq.

"Far.Az"un məlumatına görə, yarışın üçüncü günündə Xədicə Qədəşova (57 kq), Hidayət Heydərov və Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) tatamiyə çıxacaq.

X.Qədəşova 1/32 finalda Qırğızıstan təmsilçisi Janar Joldoşeva ilə üz-üzə gələcək. H.Heydərov eyni raundda Kosovodan olan Akil Qyakovanın müqavimətini qırmağa çalışacaq.

R.Məmmədəliyev 1/16 finalda Adil Osmanov (Moldova) – Castin Lemir (Kanada) görüşünün qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.

Təsnifat mərhələsi saat 10:30-da, medal görüşlərini əhatə edən final bloku isə 18:00-da başlayacaq.

Qeyd edək ki, mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.

Oxşar xəbərlər

Hidayət Heydərov Avropa çempionatının gümüş medalını qazanıb - YENİLƏNİB-4
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - YENİLƏNİB-4
Əhməd Yusifov dünya çempionatında finala vəsiqə qazanıb - YENİLƏNİB-3
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Avropa çempionatı: Şəfəq Həmidova bürünc medal uğrunda görüşdə uduzub - YENİLƏNİB-12

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər