Efiopiya regionda hava üstünlüyünə nail olmaq niyyətindədir
Far.Az xəbər saytı

Efiopiya regionda hava üstünlüyünə nail olmaq niyyətindədir


Efiopiya hərbi imkanlarını gücləndirməyi və regional hava üstünlüyünü təmin etməyi planlaşdırır.

"Report"un "Africanews"a istinadən məlumatına görə, bunu Baş nazir Abiy Əhməd Əli yeni müddətə təsdiqləndikdən sonra parlamentdəki çıxışında açıqlayıb.

"Biz bölgəmizdə hava üstünlüyünə nail olacağıq", - o vurğulayıb.

Abiy Əhməd Əli qeyd edib ki, hərbi modernləşmə hökumətin prioritetlərindən biri olacaq. Onun sözlərinə görə, silahlı qüvvələr müasir texnologiyaları mənimsəməli, daimi döyüş hazırlığını qorumaq və həm qabaqlayıcı, həm də yaranan təhdidlərə cavab verə bilmək bacarığına malik olmalıdır.

Eyni zamanda, Baş nazir ölkədə fəaliyyət göstərən silahlı qruplaşmaları zorakı mübarizə metodlarından imtina etməyə və siyasi prosesə qoşulmağa çağırıb.

Hökumət başçısı onların nümayəndələrini milli barışığa qatılmağa, müxalifət partiyalarına qoşulmağa və siyasi ideyalarını dinc yolla irəli sürməyə dəvət edib.

Oxşar xəbərlər

Zakir Həsənov Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığını yoxlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər