Tramp: Ukraynadakı müharibə sona yaxınlaşır
Far.Az xəbər saytı

Tramp: Ukraynadakı müharibə sona yaxınlaşır


ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin sona yaxınlaşdığını düşünür.

"Report"un məlumatına görə, ABŞ lideri bunu Merilend ştatının Baltimor şəhəri yaxınlığındakı Sparrows Point gəmiqayırma zavodunda tərəfdarları ilə görüşü zamanı deyib.

"İstəyirsiniz inanın, istəyirsiniz inanmayın, amma bu, həqiqətən də sona yaxınlaşır. Baxmayaraq ki, elə görünmür... Düşünürdüm ki, bu, mənim üçün ən asan məsələ olacaq. Mən səkkiz müharibənin başa çatmasına nail olmuşam. Bu da kifayət qədər tezliklə baş verəcək", - deyə Tramp bildirib.

Tramp Ukraynadakı müharibənin başa çatması istiqamətində çalışdığını da qeyd edib.

Ağ Ev rəhbəri İranla bağlı vəziyyətə də toxunub. O vurğulayıb ki, ABŞ-ın İran neftinə ehtiyacı yoxdur, bu neftə "başqalarının" ehtiyacı var.

"Hörmüz boğazı ABŞ Hərbi Dəniz Qüvvələrinə və ABŞ-a məxsusdur. Hazırda vəziyyət belədir. Bununla belə, bizim onların neftinə ehtiyacımız yoxdur. Onların neftinə başqalarının, həm də çox ehtiyacı var. Amma biz onun ixracını təmin edirik. Həm də bunu rekord səviyyədə həyata keçiririk", - Tramp əlavə edib.

ABŞ Prezidenti Vaşinqtonun Tehranın nüvə silahına sahib olmasının qarşısının alınması məsələsini həll etdiyini də vurğulayıb. "Bu, heç vaxt baş verməyəcək, heç vaxt. Bu məsələ artıq həll olunub", - deyə o bildirib.

Oxşar xəbərlər

The Central Point Hotel - Bakının mərkəzində istirahət və iş üçün ideal ünvan
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər