Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib
Far.Az xəbər saytı

Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən oktyabrın 6-da keçirilən hərracda 12 nəqliyyat vasitəsi satılıb.

Dövlət Xidmətindən bildirilib ki, hərracda start qiyməti 10 min manat olan "Kamaz" markalı yük avtomobili 33 min manata, ilkin qiyməti 14 min manat olan "Hyundai HB100" markalı ekskavator isə 28 min manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərraclar oktyabrın 13, 20 və 27-də keçiriləcək.

Hərraclarda iştirak etmək istəyənlər www.emlak.gov.az və www.auksion.gov.az saytlarından seçim edə bilərlər.

Oxşar xəbərlər

Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ucuz avtomobillər satışa çıxarlır - QİYMƏTLƏR
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər