Pərviz Şahbazov: "Yaşıl enerji dəhlizləri Britaniya şirkətlərinə yeni perspektivlər yaradır"
Azərbaycanın həyata keçirdiyi "yaşıl enerji dəhlizi" layihələri Böyük Britaniya şirkətləri qarşısında yeni perspektivlər açır.
Far.Az "Report"a istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Azərbaycan hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın VIII iclasında deyib.
Nazirin sözlərinə görə, dünya miqyasında dəyişən enerji landşaftı elektrik şəbəkələrinin və regional əlaqələrin strateji rolunu daha da artırır:
"Azərbaycan Xəzər hövzəsini və Mərkəzi Asiya regionunu Avropa qitəsi ilə əlaqələndirmək məqsədilə genişmiqyaslı "yaşıl enerji dəhlizi" layihələrini reallaşdırır. Bu layihələrə TRASEKA marşrutu ilə Naxçıvan və Türkiyə üzərindən Şərq bazarlarına qədər uzanan istiqamət də daxildir. Böyük Britaniyadan olan tərəfdaşlarımızı həm bu, həm də digər "yaşıl enerji bağlantısı" layihələrinə qoşulmağa çağırırıq. Britaniyanın "Xlinks" şirkətinin bu prosesə cəlb edilməsi, eləcə də bu gün Yaşıl Dəhliz Alyansı ilə Anlaşma Memorandumunun imzalanması gələcək tərəfdaşlığımız üçün yeni fürsətlər yaradır."
Oxşar xəbərlər
YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB
-
"Boeing" və "Lockheed Martin" şirkətləri 14,7 mlrd dollarlıq müqavilə imzalayıblar
-
Zelenski: Ukraynalı pilotlar Fransanın "Rafale" təyyarələrində təlimlərə başlayacaqlar
-
Taliban: Əfqanıstanda sülh bərqərar olub, ölkə dünya ticarətinin tranzit mərkəzinə çevrilə bilər
-
Fransada anomal istilərin vurduğu ziyan 16 milyard avro qiymətləndirilir
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi













