Britaniya Azərbaycandakı layihələr üzrə ən azı 6,6 milyon dollar məbləğində riskləri öz üzərinə götürməyə hazırdır
Far.Az xəbər saytı

Britaniya Azərbaycandakı layihələr üzrə ən azı 6,6 milyon dollar məbləğində riskləri öz üzərinə götürməyə hazırdır


"UK Export Finance" Azərbaycandakı layihələr üzrə ən azı 5 milyard funt sterlinq (6,623 milyon dollar) məbləğində bazar risklərini öz üzərinə götürməyə hazırdır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Sahibkarlıq, İnnovasiya, Elm və Ticarət Nazirliyinin ticarət üzrə dövlət naziri lord Anas Sarvar Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın (HAK) 8-ci iclasında bəyan edib.

"Mən sizinlə birlikdə, nazir (Şahbazov - red), hansı layihələrin həyata keçirilə biləcəyini müəyyən etmək istəyirəm ki, biz bu maliyyələşdirməni (5 milyard funt sterlinq - red) işə sala bilək, layihələri reallaşdıraq və burada, Azərbaycanda müvafiq obyektləri inşa edək", - o deyib.

Onun sözlərinə görə, Böyük Britaniya bu imkanlardan Azərbaycanda daha çox layihəni, xüsusilə infrastruktur, təmiz enerji və Orta Dəhlizin inkişafı sahələrində layihələri dəstəkləmək üçün istifadə etmək niyyətindədir.

"Biz həmçinin əks istiqamətdə investisiya axınlarını genişləndirmək istəyirik", - Sarvar əlavə edib.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Nazir bu müəllimləri təltif edildi - ADLAR
İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər