Siyavuş Novruzov qeydiyyatsız evlərin əmlak vergisi problemini qaldırıb
"Bu gün evlər qeydiyyatda olmadığı üçün bələdiyyəyə verilməli olan əmlak vergisi ödənilmir".
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bugünkü iclasında deyib.
O bildirib ki, əsas məsələ bələdiyyələrin topladığı vergilərlə əlaqədar bələdiyyələrin vəsaitlərinin çox olması və onun da əhalinin problemlərinin həll olunması ilə əlaqədardır:
"Öz evləri qeydiyyatda deyil və onlar bələdiyyəyə ildə bir dəfə əmlak vergisi verməlidir. Bu vergini vermir. Və nəticə etibarilə 300 min-500 min evdən bu gün bələdiyyələr vergi yığa bilmir. Onu hesab edirik ki, bunu Vergi Məcəlləsində və digər məcəllələrdə nəzərdə tutulmalıdır, addım atılmalıdır.
İkincisi, fiziki şəxsdən, hüquqi şəxsdən eyni vergi verilir. Halbuki başqa sahələrdə, suda, qazda, işıqda üç dəfə fiziki şəxsdən, hüquqi şəxsdən fiziki şəxs daha çox vergi alırlar. Amma bələdiyyələrdə ikisində eyni nəzərdə tutulubdur. Və bu da bələdiyyələrin maddi fondunun yaxşılaşdırılmasına imkan yaratmır. Bələdiyyələrin xəritələri hələ də 27 il keçməsinə baxmayaraq verilməyibdir. Bilirsiniz ki, cənab Prezident tərəfindən böyük bir müşavirə keçirildi, qeyri-neft sektorundan başqa, baxmadan sənaye sahələrinin istismarı nəzərdə tutulubdur. Bunlardan da bələdiyyə əraziləri nədir. Bu xəritələr verildikdən sonra bu məsələlər dəqiqləşdirilməlidir. Biz Nazirlər Kabineti qarşısında dəfələrlə məsələ qaldırmışıq. Hələ indiyə qədər 27 ildir tam şəkildə bələdiyyələrin mülkiyyətinin xəritəsi bələdiyyələrə təqdim olunmayıb. Ona görə də bu məsələyə də diqqət yetirilməlidir".
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb
-
Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür
-
"Azəralüminium" ixrac gəlirlərini 58 %-ə yaxın artırıb
-
"Azərkosmos" "Platerra" süni intellekt əsaslı platformasını istifadəyə verib
-
Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək
-
Tomas Müller ABŞ klubu ilə müqaviləsinin müddətini uzadıb













