Azərbaycan və Almaniya iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər
Far.Az xəbər saytı

Azərbaycan və Almaniya iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər


Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölke iqtisadi əməkdaşlığın genişləndirilməsi və iki ölkənin şirkətləri üçün yeni bazar imkanlarının açılmasını müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyinin sosial şəbəkələrdəki hesabında bildiriilir.

Paylaşımda qeyd olunub ki, Almaniya-Azərbaycan iqtisadi əlaqələri müsbət məcrada inkişaf edir.

"İstər Azərbaycan energetikası, istər Almaniya texnologiyaları, istərsə də nəqliyyat və digər bağlantılar sahəsində birgə layihələr olsun – hər iki ölkənin şirkətləri üçün yeni imkanların açılması istiqamətində böyük potensial mövcuddur", - məlumatda bildirilib.

Oxşar xəbərlər

Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Dirk Lölke: Azərbaycan və Almaniya strateji gündəliyin praktiki icrasına keçir - MÜSAHİBƏ
Mikayıl Cabbarov: "Çexiyanın enerji təhlükəsizliyinə mühüm töhfə veririk"
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər