Rəşad Nəbiyev dünya çempionatında bürünc medal qazanan Rəşid Məmmədəliyevi təbrik edib
Far.Az xəbər saytı

Rəşad Nəbiyev dünya çempionatında bürünc medal qazanan Rəşid Məmmədəliyevi təbrik edib


Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanan Rəşid Məmmədəliyevi (73 kq) təbrik edib.

"Far.Az" xəbər verir ki, o, bu barədə rəsmi feysbuk hesabında paylaşım edib.

"Rəşid Məmmədəliyev (73 kq) Bakıda keçirilən cüdo üzrə dünya çempionatında bürünc medal qazanıb. Cüdoçumuzu bu nailiyyət münasibətilə təbrik edir, qarşıdakı günlərdə tatamiyə çıxacaq bütün idmançılarımıza uğurlar arzulayıram", - deyə Rəşad Nəbiyev vurğulayıb.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.

Oxşar xəbərlər

Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Dünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal qazanıb - YENİLƏNİB-4
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Əhməd Yusifov dünya çempionatında finala vəsiqə qazanıb - YENİLƏNİB-3
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər