Fransada etirazlar fonunda məktəblərə 3 min əlavə müəllim göndəriləcək
Far.Az xəbər saytı

Fransada etirazlar fonunda məktəblərə 3 min əlavə müəllim göndəriləcək


Fransanın Təhsil Nazirliyi orta məktəb şagirdlərinin kütləvi etirazları fonunda kəskin müəllim çatışmazlığı ilə üzləşən məktəblərə 3 min əvəzedici müəllim göndərəcək.

"Far.Az" xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Eduar Jeffre TF1 telekanalının efirində deyib.

Onun sözlərinə görə, hakimiyyət müəllimlərin ən ciddi çatışmazlığı olan 114 təhsil müəssisəsini müəyyənləşdirib. Daha 400 məktəbdə də vəziyyət təcili müdaxilə tələb edir. Nazir əlavə müəllimlərin oktyabrın 9-dan 13-dək işə başlayacağını bildirib.

Fransada yuxarı sinif şagirdlərinin etirazları sentyabrın sonunda paytaxtın İl-de Frans bölgəsində başlayıb, bundan sonra ölkənin digər bölgələrinə yayılıb. Şagirdlər sıx cədvəllərə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə qarşı çıxırlar.

Bəzi şəhərlərdə iğtişaşlar və polislə qarşıdurmalar baş verib. Etirazlar başlayandan bəri hüquq-mühafizə orqanları təxminən 7 min saxlanılma keçirib, saxlanılanların 90 %-i yetkinlik yaşına çatmayanlardır.

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
"McDonald"s Azərbaycan" ölkə üzrə şəhid ailələrinin birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilib
Beynəlxalq konfrans iştirakçıları Qarabağın müxtəlif bölgələrinə səfər edib
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər