Fransada oğurlanmış məlumatların satışında şübhəli bilinən üç azyaşlı saxlanılıb
Far.Az xəbər saytı

Fransada oğurlanmış məlumatların satışında şübhəli bilinən üç azyaşlı saxlanılıb


Fransada oğurlanmış şəxsi məlumatların yayıldığı internet resursunu idarə etməkdə şübhəli bilinən üç azyaşlı saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "20 Minutes" portalı Paris prokurorluğuna istinadən məlumat yayıb.

İstintaqın məlumatına görə, sayt mart ayında "Reacher" adı ilə fəaliyyətə başlayıb, iyunda isə "Stryx" adlandırılıb. Resurs ad, telefon nömrəsi və ya avtomobilin qeydiyyat nişanı kimi məhdud məlumatlar əsasında insanlar haqqında ətraflı məlumatları pulsuz və ya ödənişli əldə etməyə imkan verib.

Ehtimala görə, saytın məlumat bazasında təxminən 730 milyon sətir məlumat olub. Resursun fəaliyyəti dövründə istifadəçilər təxminən 3,1 milyon axtarış sorğusu göndəriblər.

İstintaqa mayın 15-də uşaqları internetdə qanunsuz əməllərdən qorumaqla məşğul olan e-Enfance assosiasiyasının müraciətindən sonra başlanılıb.

Saytın ehtimal olunan administratorlarının saxlanılması və resursun fəaliyyətinin dayandırılması üzrə əməliyyat oktyabrın 6–7-də keçirilib. Əməliyyatda Paris prokurorluğunun kibercinayətkarlıqla mübarizə bölməsi və Fransa polisinin Kibercinayətkarlıqla Mübarizə İdarəsi (OFAC) iştirak edib.

Oxşar xəbərlər

Bakıdakı bazarlardan birində balıq kürüsü satışında ciddi nöqsanlar aşkarlanıb
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
"Azərsun Holdinq"  "Süni intellekt dövründə effektiv sayt idarəetməsi" mövzusunda təlim keçirib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
"Subway Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları üçün KVN gecəsinə səfər təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər