Panamada güclü zəlzələdə tikililər dağılıb
Far.Az xəbər saytı

Panamada güclü zəlzələdə tikililər dağılıb


Panamanın Kokle əyalətinin Penonome şəhərində güclü zəlzələ nəticəsində San-Xuan-Bautista kafedralının qüllələrindən biri tamamilə uçub.

"Far.Az"un "Telemetro" telekanalına istinadən yaydığı məlumata görə, qüllənin dağıntıları yaxınlıqda park edilmiş avtomobilin üzərinə düşüb.

Panamanın Milli Mülki Müdafiə Sisteminin (Sinaproc) regional bölməsinin məlumatına əsasən, Penonome şəhərində təxminən 12 tikili dağılıb, yerli administrasiyanın binasına isə qismən ziyan dəyib.

Bundan əlavə, Aquadulse şəhərində daha altı binaya ciddi ziyan dəyib.

Xilasedicilər dağıntılar altından bir nəfəri çıxararaq xəstəxanaya çatdırıblar. Ölənlər barədə hələlik məlumat daxil olmayıb.

Oxşar xəbərlər

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
İlham Əliyev "Zangilan City Park Hotel"in təməlini qoyub - YENİLƏNİB
FHN-in Bakı Regional Mərkəzi kompleks mülki müdafiə təlimi təşkil edib
Leyla Əliyeva Yevlaxda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışında iştirak edib
FHN təlim etmək istədi - Yanlış park edilən maşınlara görə yanğın avtomobilləri hərəkət edə bilmədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər