Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb
Far.Az xəbər saytı

Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb


Bakının Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yenidən sürüşmə təhlükəsi yaranıb.

Eyni yerdə 1 ildə ikinci dəfə sürüşmə baş versə də, ərazini lentləməkdən başqa heç bir təhlükəsizlik tədbiri görülməyib.

BAKU.WS xəbər verir ki, həmin ünvanda yaşayan sakinlər Xəzər TV-yə şikayətlərində deyirlər ki, yaşadıqları binanın qarşısında sürüşmədən sonra təhlükəli vəziyyət hökm sürür.

Onların sözlərinə görə, aidiyyəti qurum bir neçə dəfə əraziyə baxış keçirsə də, sürüşmənin qarşısının alınması üçün nə beton bloklar quraşdırılır, nə də istinad divarı hörülür.

Bəs yağıntılar başlamazdan əvvəl ərazidə təhlükəsizliyin təmin edilməsi və istinad divarının tikintinə nə zaman başlanılacaq?

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva deyib ki, həmin əraziyə baxış keçirilib və lentlənib: "Cari ilin 11 aprel tarixində intensiv yağışlar nəticəsində qeyd olunan ərazidə uçqun hadisəsi baş verdikdən sonra ərazidə istinad divarının tikintisinə qərar verilib, bu məqsədlə zəruri sənədləşdirmə işləri aparılaraq istinad divarının tikinti layihəsi hazırlanıb. Layihənin icrasına yaxın zamanlarda başlanılması nəzərdə tutulub".

O da qeyd olunub ki, yaxınlıqda yaşayan vətəndaşlar torpaq uçqunu baş vermiş sahəyə yaxınlaşmamalı və bu sahədən avtomobil dayanacağı kimi istifadə etməməlidirlər.

Oxşar xəbərlər

Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər