İndoneziyada 5,8 maqnitudalı zəlzələ baş verib
Far.Az xəbər saytı

İndoneziyada 5,8 maqnitudalı zəlzələ baş verib


İndoneziyanın Sulavesi adasının şimalında, Minahasa yarımadası rayonunda 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

"Far.Az" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, zəlzələnin episentri təxminən 144 min nəfərin yaşadığı Gorontalo şəhərindən 154 kilometr qərbdə yerləşib. Yeraltı təkanların ocağı 184 kilometr dərinlikdə olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Oxşar xəbərlər

FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Sumatranın şimalında 6,8 maqnitudalı zəlzələ baş verib - YENİLƏNİB-5
İndoneziyada dağıntılar altında 20 nəfərin meyiti aşkarlanıb - YENİLƏNİB-3
Kolumbiyada zəlzələ qurbanlarının sayı 234 nəfərə çatıb - YENİLƏNİB-12

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər