Holand Çempionlar Liqası matçı öncəsi PSJ-nin iki futbolçusunu fərqləndirib
Far.Az xəbər saytı

Holand Çempionlar Liqası matçı öncəsi PSJ-nin iki futbolçusunu fərqləndirib


İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Holand Çempionlar Liqasında komandalar arasında keçiriləcək qarşılaşma ərəfəsində Fransanın PSJ klubunun müdafiəçiləri Nuno Mendeş və Əşrəf Hakiminin oyununu yüksək qiymətləndirib.

"Far.Az" "Eurosport.fr"ə istinadən xəbər verir ki, norveçli futbolçu Paris təmsilçisinin yüksək oyun səviyyəsinə malik olduğunu bildirib.

"Onların fantastik futbolçuları var və onlar ən yüksək səviyyədə oyun nümayiş etdirirlər. Bütün komanda xüsusidir, lakin daim hərəkətdə olan cinah müdafiəçiləri Mendeş və Hakimini izləmək, həqiqətən, valehedicidir. Biz yaxşı hazırlaşmalıyıq, çünki bu, doğrudan da, xüsusi komandadır", - Holand deyib.

Çempionlar Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində "Mançester Siti" ilə PSJ arasında görüş oktyabrın 14-də Mançesterdə keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oxşar xəbərlər

Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
"Sabah" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB-11
"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb, 12 illik seriya qırılıb - YENİLƏNİB-8

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər