Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub
Far.Az xəbər saytı

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub


Kamboca Krallığının Baş naziri Hun Manetin oktyabrın 12-də Bakıda rəsmi qarşılanma mərasimi olub.

"Report" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Kamboca Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Kambocanın Baş naziri Hun Maneti qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Kambocanın Baş nazirinə raport verdi.

Kamboca Krallığının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Kambocanın Baş naziri Hun Manetin qarşısından keçdi.

Azərbaycan nümayəndə heyətinin üzvləri Baş nazir Hun Manetə, Kamboca nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
BƏƏ Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
Sərdar Berdiməhəmmədovun Bakıda rəsmi qarşılanma mərasimi olub
Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər