Xəzər rayonundakı nöqsanlar müzakirə edilib, bir sıra vəzifəli şəxslərə töhmət verilib
Far.Az xəbər saytı

Xəzər rayonundakı nöqsanlar müzakirə edilib, bir sıra vəzifəli şəxslərə töhmət verilib


Xəzər rayonu ərazisində payız-qış mövsümünə hazırlıq, abadlıq və yaşıllaşdırma işlərinin təşkili, küçə və prospektlərdə mövcud nöqsanların aradan qaldırılmasının müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirilib.

Bu barədə "Far.Az"a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə rayonun kommunal-təsərrüfat qurumlarının rəhbərləri, qəsəbə, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.

​Müşavirədə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov qeyd olunan sahələrdə görülən işləri, eləcə də rayonun ümumi memarlıq və estetik görünüşünə xələl gətirən, qəzalı tikililərin vəziyyətini təhlil edib, mövcud nöqsanlar barədə danışaraq aidiyyəti rəhbər şəxslərə müvafiq tapşırıqlar verib.

Yol verilən nöqsanlara və ərazilərə nəzarətin zəif təmin edildiyinə görə Xəzər Rayon İcra Hakimiyyəti başçısının Qala və Zirə qəsəbələrinin inzibati ərazi dairələri üzrə nümayəndələrinə töhmət verilib, Buzovna və Türkan qəsəbələrinin inzibati ərazi dairələri üzrə nümayəndələrinə isə xəbərdarlıq edilib.

​Eyni zamanda, rayonun digər qəsəbələrinin nümayəndələrinə də öz fəaliyyətlərində daha tələbkar olmaları, aşkar edilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, ərazilərdə abadlıq və təmizlik işlərinin vəziyyətinə nəzarətin gücləndirilməsi, eləcə də gələcəkdə belə halların təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi qəti şəkildə tapşırılıb.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər