Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
"AİD Group" xaricdə təhsil şirkətinin həbsdə olan faktiki rəhbəri Samir Yəhyazadə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülüb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsin müraciəti əsasında belə qərar qəbul edib.
Samir Yəhyazadənin 2 ay müddətinə "Kürdəxanı türməsi" kimi tanınan Bakı İstintaq Təcridxanasına köçürülməsi barədə qərar verilib.
Qeyd edək ki, S.Yəhyazadə 3 ay əvvəl DTX tərəfindən həbs edilib. O, həyat yoldaşı, aparıcı Nigar Fərhadla birgə külli miqdarda dələduzluqda ittiham olunur. İş üzrə zərərçəkmişlərin əksəriyyəti xaricdə təhsil almaq üçün müraciət edən şəxslərdir. N.Fərhad barəsində isə "başqa yerə getməmək haqqında" iltizam qətimkan tədbiri seçilib.
Hazırda "AİD Group"la bağlı cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.
Oxşar xəbərlər
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Yataqxanada yaşayanlar Şuşakənd və Təzəbinə kəndlərinə köçürüldü
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
İşğaldan azad edilən ərazilərə daha 80 ailə köçürülüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Qazax avtomobil yolunda qəza olub, 3 nəfər ölüb
-
Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq
-
İranda polis idarəsinə silahlı hücum olub, ölən və yaralananlar var
-
Nazir: Əmlakın qiymətləndirilməsi üçün süni intellekt əsasında fəaliyyət göstərən yeni bir alət istifadəyə verilib
-
Azərbaycan BMT-də insan hüquqları bəhanəsi ilə dövlətlərin daxili işlərinə qarışılmasına qarşı çıxıb
-
Dünya futbolunun əfsanəsi Lotar Matteus: "Bakıdakı dünya çempionatına gəlmək mənim üçün xoşdur"













