Vulin: Aİ-nin təzyiqinə görə Serb Tərəqqi Partiyasının seçki siyahısında yer almırıq
Far.Az xəbər saytı

Vulin: Aİ-nin təzyiqinə görə Serb Tərəqqi Partiyasının seçki siyahısında yer almırıq


Serbiyanın Sosialist Hərəkatının (SH) sədri Aleksandar Vulin bildirib ki, onun partiyası Avropa İttifaqının (Aİ) təzyiqi səbəbindən Serb Tərəqqi Partiyasının (STP) ətrafında formalaşdırılan "Vahid Serbiya" seçki siyahısında yer almayacaq.

"Report"un Balkan bürosu xəbər verir ki, Vulin daha əvvəl oktyabrın 25-də keçiriləcək növbədənkənar parlament seçkilərində "Vahid Serbiya" siyahısını dəstəkləyəcəyini açıqlayıb.

Vulin "B92" telekanalına müsahibəsində SH ilə STP arasında müəyyən fikir ayrılıqlarının olduğunu, lakin başqa bir seçki siyahısına dəstək verməyin "Serbiyaya qarşı ədalətsizlik" olacağını deyib.

"Mən hakimiyyətin bir hissəsi deyiləm, hakimiyyət Aİ-nin təzyiqi ilə məndən və təmsil etdiyim hər şeydən imtina edib. Amma mən "Tələbə siyahısı"nı dəstəkləməyəcəyəm. Onun qarşısında dayana biləcək yeganə siyahını – "Vahid Serbiya" siyahısını dəstəkləyəcəyəm", - Vulin bildirib.

Onun sözlərinə görə, Aİ-nin Serbiyada böyük təsiri var. Vulin qeyd edib ki, Aİ-nin təzyiqi nəticəsində baş nazir müavini olduğu dövrdə hökumətdən uzaqlaşdırılıb və məhz buna görə SH bu dəfə STP-nin seçki siyahısında yer almayıb.

Vulin həmçinin dekabrın sonunda keçirilməsi mümkün olan prezident seçkilərində namizədliyini irəli sürəcəyini də bildirib.

Xatırladaq ki, oktyabrın 25-də Serbiyada növbədənkənar parlament seçkiləri keçiriləcək.

Oxşar xəbərlər

"People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər