Karlos Prates: İslam Maxaçevlə döyüşüm UFC tərəfindən təsdiqlənib
Far.Az xəbər saytı

Karlos Prates: İslam Maxaçevlə döyüşüm UFC tərəfindən təsdiqlənib


UFC-də yarımorta çəki dərəcəsində mübarizə aparan braziliyalı döyüşçü Karlos Prates növbəti titul görüşü ilə bağlı açıqlama verib.

Far.Az xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində reytinqin ikinci pilləsində qərarlaşan Prates UFC rəhbərliyinin onun hazırkı çempion İslam Maxaçevlə döyüşünü təsdiqlədiyini bildirib.

Braziliyalı idmançı "N3on" adlı strimerə müsahibəsində rəqibinin məhz İslam Maxaçev olacağını deyib. O, döyüşün dəqiq tarixinin hələ müəyyənləşmədiyini, lakin görüşün dekabr ayında Las-Veqasda keçirilməsini istədiyini dilə gətirib.

"Kimlə döyüşəcəyəm? İslam Maxaçevlə. Nə vaxt olacağını bilmirəm, amma bu döyüş baş tutacaq. İstərdim ki, dekabrda Las-Veqasda keçirilsin. Ancaq bunun baş verəcəyinə çox inanmıram. Ola bilsin ki, yanvarda olsun", – deyə Prates bildirib.

33 yaşlı Karlos Prates 2024-cü ildə UFC-də debüt edib. Braziliyalı döyüşçü təşkilat daxilində keçirdiyi səkkiz qarşılaşmanın yeddisində qələbə qazanıb, bir dəfə isə məğlub olub.

Oxşar xəbərlər

"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Bakıda tarixi UFC gecəsi: Fiziyevdən möhtəşəm qələbə - FOTOREPORTAJ
"UFC Fight Night Baku": Gecənin ikinci əsas döyüşündə Maqomedov Pereyranı məğlub edib - YENİLƏNİB-4
UFC ilk dəfə Azərbaycanda!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər