AAYDA: Sel və sürüşmədən zərər görmüş Altıağac–Xızı yolunda operativ bərpa tədbirləri həyata keçirilir
Azərbaycan Prezidentinin müvafiq Sərəncamı əsasında güclü yağışlar və sel axınlarının təsiri ilə sürüşmə baş vermiş Altıağac–Xızı avtomobil yolunun 17-ci kilometrlik hissəsində bərpa və möhkəmləndirmə tədbirləri aparılır.
Bu barədə "Report" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
"Hazırda sürüşmənin törətdiyi dağıntıların ləğv edilməsi istiqamətində ərazidə geniş həcmli və təxirəsalınmaz tədbirlər reallaşdırılır. İşlərin operativ və təhlükəsiz qaydada yerinə yetirilməsi üçün əraziyə lazımi sayda canlı qüvvə, ixtisaslaşdırılmış texnika və mexanizmlər səfərbər edilib.
Həyata keçirilən tədbirlər çərçivəsində sürüşmə səbəbindən deformasiyaya məruz qalmış yol hissələri yenidən qurulur, hərəkət zolağına və ətraf sahələrə yığılmış torpaq kütlələri təmizlənir, yol örtüyünün dayanıqlığının artırılması üçün lazımi möhkəmləndirmə işləri görülür", - məlumatda deyilir.
AAYDA bildirir ki, eyni zamanda, yağıntılı hava şəraitinin yarada biləcəyi potensial təhlükələrin minimuma endirilməsi və yolun etibarlı istifadəsinin təmin olunması məqsədilə profilaktik xarakterli qabaqlayıcı tədbirlər də icra edilir.
"Aparılan işlərin başlıca hədəfi Altıağac–Xızı avtomobil yolunun təhlükəsiz və dayanıqlı vəziyyətə qaytarılması, nəqliyyat vasitələrinin hərəkətinin bütünlüklə bərpası və bölgədə fasiləsiz nəqliyyat əlaqəsinin yenidən qurulmasıdır", - məlumatda qeyd olunur.
Oxşar xəbərlər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Güclü yağış və sel suları nəticəsində zərər görmüş yol infrastrukturunda bərpa işləri davam etdirilir
Sürüşmə baş verən Altıağac-Xızı yolunda SON VƏZİYYƏT
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İrançılıq düşüncəsinin paradoksları
-
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
-
Tramp: Ukraynadakı müharibə sona yaxınlaşır
-
Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq
-
Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin bahalaşdı
-
QMİ sədri: Süni intellekt insanı ibadətdə əvəz etməməlidir













