Sabunçuda 66 yaşlı piyadanın ölümündə təqsirləndirilən şəxsin məhkəməsində şahid ifadə verib
Bakının Sabunçu rayonunda 1960-cı il təvəllüdlü Firudin Hacıyevi avtobusla vurub öldürməkdə təqsirləndirilən 2001-ci il təvəllüdlü Ələşrəf Əliyevin məhkəmə prosesində Şahid Musa Balakişiyev ifadə verib.
"Far.Az"un məlumatına görə, Sabunçu Rayon Məhkəməsində hakim Orxan Qocayevin sədrliyi ilə keçirilən prosesdə şahid bildirib ki, hadisə vaxtı o da Firudin Hacıyevlə birgə olub:
"Marşrut avtobusu sürətlə gəlirdi. Mən kənara çəkildim və qışqıraraq Firudin Hacıyevi də səslədim. Lakin avtobus onu vurdu, sonra təcili tibbi yardıma zəng etdik".
Şahid qeyd edib ki, görülən işlərlə əlaqədar yola təhlükəsizlik üçün işarə qoyulub:
"Qırmızı konus bizdən 10 metr irəlidə idi. Avtobus çox sürətlə gedirdi".
Ələşrəf Əliyev deyib ki, şahid Musa Balakişiyevi tanımır və hadisə yerində onu görməyib. Təqsirləndirlən şəxsin sözlərinə görə, hadisə yerində iki qadın olub.
İclasda həmçinin şahid ifadə verməzdən əvvəl hakim təqsirləndirilən tərəfdən zərərçəkən tərəfə hər hansı bir məbləğ təklif edilib-edilmədiyini soruşub.
Ələşrəf Əliyev qarşı tərəfə dəymiş maddi ziyanın ödənilməsi üçün 5 min manat təklif edildiyini söyləyib.
Zərərçəkən şəxsin hüquqi varisi, mərhum Firudin Hacıyevin oğlu Əkbər Hacıyev deyib ki, hadisə nəticəsində onlara 25 min manat maddi ziyan dəyib. Qarşı tərəfin maddi durumunu nəzərə alaraq dəymiş 25 min manat ziyandan heç olmasa, 15 min manat təklif etsələr, razılaşarıq".
Məhkəmənin növbəti iclası oktyabrın 19-na təyin edilib.
Qeyd edək ki, hadisə 2026-cı ilin 24 aprelində səhər saatlarında Bakının Sabunçu rayonunda Heydər Əliyev prospekti ilə Yavər Əliyev küçəsi istiqamətində olan yeraltı avtomobil keçidində baş verib.
Belə ki, Ələşrəf Əliyev 186 xətt marşrutu üzrə fəaliyyət göstərən "Daewoo" markalı avtobusla hərəkətdə olan zaman yolun sağ tərəfində dayanan Sabunçu Mənzil Kommunal Təsərrüfat Birliyinin sahə rəisi, ərazidə təyinatı üzrə fəaliyyət göstərən 1960-cı il təvəllüdlü Firudin Hacıyevi vurub. O, xəstəxanaya çatdırılan zaman yolda vəfat edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
-
İrançılıq düşüncəsinin paradoksları
-
Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur
-
İcra hakimiyyətindəki korrupsiya işində yeni qərar: Sabiq məmura cəza verildi
-
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
-
Tramp: Ukraynadakı müharibə sona yaxınlaşır













